İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur və Göyçə ilə bağlı SON DƏQİQƏ açıqlaması: “Ermənistan parçalansa...”

3542 06.11.2023 17:09 Siyasət A A

“Azərbaycan Ermənistanla Qərbin yaxınlaşması prosesini yaxından izləyir. Eyni zamanda, bu fonda Rusiya ilə Ermənistan arasında münasibətlərin pozulması da diqqətlə izlənilməkdədir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

ilyas_huseynov_150320.jpg (33 KB)

O bildirib ki, Ermənistan addım-addım Qərbə doğru yaxınlaşdıqca Rusiyadan qopur:

“Bu, özünü Nikol Paşinyanın və onun komandasının rəylərində, açıqlamalarında, bəyanatlarında göstərir. Hətta bu münasibətlər sistemini də məsxərəyə qoyurlar. Ermənistan parlamentinin sədri Alen Simonyan belə bir açıqlama ilə çıxış edir ki, Rusiya istəyir ki, biz Qərbdən hər hansısa partnyorlarımızla görüşməyək, salamlaşmayaq, təmaslarda olmayaq. Roma Statutunun ratifikasiya olunması, KTMT-dəki daimi nümayəndənin geri çağırılması, rus dilinə qarşı genişmiqyaslı təqib siyasətinin icrası və digər məsələlər Kremllə İrəvan arasında münasibətlərdə soyuqluğu gücləndirir.

Baxmayaraq ki, 102-ci baza hələ də Ermənistanda öz fəaliyyətini davam etdirir, İran və Türkiyə ilə sərhədləri rus sərhədçiləri qoruyur, iqtisadi asılılıq, enerji asılılığı özünü geniş şəkildə göstərməkdədir. İrəvan bütün bu faktorlara rəğmən, Qərb ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hətta Paşinyan Rusiya ilə təhlükəsizlik sahəsində olan yaxınlaşmanı strateji səhv kimi də dəyərləndirir.

Belə olan halda Ermənistan geosiyasi güc mərkəzlərinin qarşıdurma məkanına çevrilə bilər. Onu bir sıra ekspertlərin də qeyd etdiyi kimi, suriyalaşma, ukraynalaşma nəticəsi gözləyə bilər. Yəni böyük güc mərkəzləri Ermənistan üstündə savaşa qalxa bilər. Halbuki Ermənistanın nə təbii resursları, nə sosial-demoqrafik göstəriciləri, nə də geostrateji üstünlüyü bu geosiyasi savaşlar üçün bir əsas yaradır. Əksinə, İrəvan özünü daha baha satmaq üçün belə bir maraq yaradır və öz önəmini diqqətə çəkmək istəyir. Amma bunun özü də əks-təsir yaradır. Rusiya, eləcə də Qərb burada daha radikal davranmağa məcbur olur. Nəticədə Ermənistanın parçalanması, ayrı-ayrı bölgələrə bölünməsi və müxtəlif güc mərkəzlərinin bu bölgə üzərində dominant olması halı yarana bilər. Necə ki, Suriyada bu gün dediyimiz öz real nəticəsini göstərməkdədir. Əgər belə olarsa, Qərbi Zəngəzur, Göyçə, İrəvan haqqında biz unutmamalıyıq. Belə bir ideoloji əsaslar artıq formalaşmalıdır. Biz onsuz da Qərbi Azərbaycana qayıdış haqqında uzun müddətdir danışırıq. Bizim məqsədimiz bunu sülhlə etməkdir, hərbi ideyamız yoxdur. Lakin sülh yolu ilə qayıtmaq üçün də vaxtı izləmək və ələ düşə bilən fürsətdən maksimum dərəcədə istifadə etmək lazımdır”.

Aytən Novruz
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR