İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ zamanı nə etməli? - QAYDALAR

1279 04.07.2023 11:30 Gündəm A A

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 5, 7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 km şimal-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Zəlzələ, o cümlədən, Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.

“Qafqazinfo” bu məqamda zəlzələ zamanı davranış qaydalarını təqdim edir:

Zəlzələ zamanı nə etməli?  

- ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız olduğunu bilin;

- evdən çıxarkən ehtiyat çantası və mobil telefonunuzu götürün;

- qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;

- binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanın;

- əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın;

- liftdən istifadə etməyin;

- təşvişə düşüb yüksək mərtəbədən tullanmayın;

- evdə təyin etdiyiniz təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçin;

- dəmir ayaqlı masa varsa, onun altına girin;

- diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun;

-yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.

Zəlzələ sizi küçədə haqlayıbsa:

- bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çıxın;

- əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;

- əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın.

Bununla yanaşı, son dövrlər mütəxəssislər zəlzələ zamanı “həyat üçbucağı”nın yaradılmasının vacibliyini qeyd edirlər. 

“Həyat üçbucağı” zəlzələ zamanı tətbiq oluna bildiyi təqdirdə dağıntılar altında sağ qalmağımızı təmin edəcək ən mühüm zəlzələ tədbirlərindən biridir. Bina çökdükcə bu obyektlərin üzərinə düşən tavanın çəkisi əşyaların və ya mebellərin daxili əzilməsində boşluq yaradır. Bu boşluq “həyat üçbucağı” olaraq təyin olunur.

Obyekt nə qədər böyükdürsə, bir o qədər güclü, daha az yığcam olacaq. Obyekt nə qədər az tıxalırsa, boşluq nə qədər böyük olarsa, təhlükəsizlik üçün bu boşluqdan istifadə edən şəxsin xəsarət almama ehtimalı bir o qədər yüksəkdir.

Evlərimizdə, məktəblərimizdə, iş yerlərimizdə həyatda qala biləcəyimiz qədər böyük olan boşluqlara sığınmağa “həyat üçbucağı” deyilir. Olduğumuz yerlərdə “həyat üçbucaqları”nın ola biləcəyi yerləri əvvəlcədən müəyyən etsək, zəlzələ zamanı panikaya düşmədən, əvvəlcədən təyin etdiyimiz bu “həyat üçbucaqları”nda dayanaraq özümüzü qoruya bilərik.

“Həyat üçbucağı” daha möhkəm və mümkünsə sabit əşyaların  yanında formalaşdırılmalıdır. Məsələn, yeraltı təkanlar zamanı hər hansı bir masanın altında dayanmaqdansa, masa ilə şkaf arasındakı boşluğa girərək təhlükəsizliyimizi təmin edə bilərik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR