İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ Türkiyədəki seçkilərə necə təsir edəcək? - rəy

1464 07.02.2023 10:30 Gündəm A A

Partiya sədri: “İnanmıram ki, zəlzələnin ağır nəticəsindən siyasi mübarizədə istifadə olunsun”

Türkiyənin 10 bölgəsində baş verən zəlzələ ağır tələfata və dağıntılara səbəb olub. Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün Təbii fəlakət və təcili vəziyyət idarəçiliyinə (AFAD) şəxsən nəzarət edəcək.

Xeyli sayda yaşayış binaları da  dağıldığından minlərlə insan küçələrdə və sığınacaqlarda gecələməli olub. Görünən odur ki, zəlzələ Türkiyə iqtisadiyyatına çox böyük maddi ziyan vurub. Nəticələrin mümkün qədər qısa zamanda aradan qaldırılması üçün bir çox ölkələr, beynəlxalq təşkilatlar yardımlar göndərməyə davam edirlər.

Görünən budur ki, Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması uzun bir proses olacaq.

Yaranmış durum Türkiyədə mayda keçirilməsi nəzərdə tutulan seçkilərə necə təsir edə bilər? Seçki ertələnə, yaxud Ərdoğanın seçkilərdəki namizədliyi ilə bağlı məsələ gündəmə gələ bilərmi?

Xankəndidəki “zapravka”lar bağlandı, Araik Bakıya üz tutdu: qaz ajiotajı...  - CANLI

Bədrəddin Quliyev 

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, fövqəladə vəziyyətlərdə insanlar bir-birinə daha da yaxınlaşır. Ekspert qeyd etdi ki, belə vəziyyətdə iqtidar-müxalifət məsələsi geri plana çəkilir, əsas məsələ Türkiyə vətəndaşlarının vəziyyətidir: “Türkiyədə inşaat sektorunda yol verilən nöqsanların nəticəsində tələfat və dağıntılar çox oldu. Belə bir şəraitdə seçkinin təxirə salınması gündəmə gələ bilər. Seçki rəsmi qaydada martın 10-u elan ediləcək. İnanmıram ki, zəlzələnin ağır nəticəsindən siyasi mübarizədə istifadə olunsun. Zəlzələ 10 bölgədə baş verib, bu da o deməkdir ki, bunun müxtəlif partiya üzvlərinə də təsiri var. Nəticələrin aradan qaldırılması üçün beynəlxalq səviyyədə iqtidara böyük dəstək var. Ötəngünkü zəlzələ 1939-cu ilin zəlzələsi ilə müqayisə edilir. Son dövrlər mütəxəssislər güclü zəlzələnin baş verəcəyi ilə bağlı ciddi xəbərdarlıq edirdilər. İnşaat sektoruna nəzarət gücləndirilməlidir. Eyni zamanda İstanbulda 7 ölkənin konsulluğu fəaliyyətini dayandırmışdı.  Bu və digər məsələlər müzakirə olunacaq”.

B.Quliyevin fikrincə, Rusiya-Ukrayna müharibəsinin ağır dövrü başlasa, müttəfiqlərlə bağlı ciddi addımlar atılacaq. O hesab edir ki, vəziyyət gərgin olsa, Rəcəb Tayyib Ərdoğana təsir etməyə cəhd edəcəklər: “Fevralın ortası, mart ayında çox ağır müharibə olacaq. Rusiyanın blokadaya alınması, maliyyə mənbələrinin kəsilməsi ilə bağlı çox ciddi işlər görüləcək. Qərb və Avropa Ərdoğan-Putin münasibətlərini qırmaq üçün addımlar atmağa çalışacaq. İranla bağlı məsələ gündəmə gələrsə, Türkiyə müharibədən yayınmağa çalışacaq. Tarixə nəzər salsaq, bölgədə müharibə olursa, ilk növbədə ali baş komandanı dəyişirlər. Türkiyəni müharibələrə cəlb etməyə çalışsalar, daxildəki qüvvələr dəyişiklik edib konstitusiya islahatları ilə bağlı ölkədaxili yeni seçkilərin keçirilməsi, yeni iqtidarın formalaşdırılması ilə bağlı məsələləri müzakirəyə çıxarıb vaxtı uzadacaqlar. İranda baş verən proseslərə türkdilli dövlətlərin ciddi münasibətini görmürük. Qərb NATO səviyyəsində Yunanıstan adalarını silahlandırır. Bəzi ekspertlər hesab edir ki, bu, Türkiyəyə qarşı edilir. Əslində isə gələcəkdə İran əməliyyatında o adalardan istifadə edəcəklər. Türkiyədə  49 nüvə başlığı var. 1963-1965-ci illər böhranından sonra bu dünyada çox böyük gərginliyə səbəb olmuşdu.  Hesab edirəm ki, nəyin bahasına olursa-olsun, Türkiyə müharibələrdən yayınacaq”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR