İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ qurbanlarına say biçdilər: 50 min! Seçkilərin zamanı dəyişə bilər - "CANLI DEBAT"

1780 10.02.2023 11:28 Gündəm A A

Seçkinin 14 mayda keçiriləcəyini düşünmürəm, hesab edirəm ki, iyunun 18-ə qalacaq.

Bunu Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər jurnalist Murad Yetkinin seçkilərlə bağlı sualını cavablandırarkən deyib.

Jurnalistin “TBMM seçkilərin keçirilməsini 1 il təxirə sala bilərmi” sualına partiya sədri belə cavab verib:

“Məclisdən belə bir qərar çıxacağını ehtimal etmirəm. Biz siyasətçilər seçkilərin keçirilməsi üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik”.

Türkiyədə isə zəlzələdəki insan itkilərinin sayı ilə bağlı qorxunc proqnozlar var, itki rəqəmlərinin 50-100 minə çatacağı proqnozlaşdırılır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ReAL Partiyasının icra katibi Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR