İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Moskva sualına Zelenskidən "bomba" cavab: “Orada çoxlu Ukrayna dronları var…” - VİDEO

1252 08.07.2026 21:18 Dünya A A

ABŞ Prezidenti Donald Trump ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan qısa, lakin maraqlı dialoq dünya mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur.

Musavat.com xəbər verir ki, Türkiyədə keçirilən NATO sammiti çərçivəsində jurnalistlərin iştirakı ilə baş tutan söhbət zamanı Donald Tramp Zelenskiyə gözlənilməz sual ünvanlayıb.

ABŞ prezidenti Ukrayna liderindən soruşub:

— “Əgər danışıqlar üçün lazım olsa, Moskvaya gedərsənmi?”

Zelenski isə gülümsəyərək cavab verib:

— “Bəli, gedərəm. Amma Moskva uyğun yer deyil. Orada çoxlu Ukrayna dronları var. Bu, təhlükəli ola bilər.”

Zelenskinin bu cavabı zalda gülüş doğurub. Tramp da zarafata təbəssümlə reaksiya verib və dialoq qısa zamanda sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. (ua.news)

Qeyd olunur ki, Zelenskinin cavabı son aylarda Ukraynanın Rusiyanın dərinliklərinə, o cümlədən Moskva istiqamətinə pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlara eyham kimi qiymətləndirilir. Məhz bu səbəbdən Ukrayna prezidenti Moskvanın mümkün sülh danışıqları üçün təhlükəsiz məkan olmadığını istehzalı şəkildə vurğulayıb.

Musavat.com-a görə, dialoq zarafat tonunda keçsə də, onun arxasında ciddi siyasi mesaj dayanır. Zelenski bununla həm Rusiyanın təhlükəsizlik iddialarını ironik formada şübhə altına alıb, həm də müharibənin artıq Rusiya ərazisinə də təsir göstərdiyini xatırladıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR