İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən dünyaya nüvə siqnalı: "Sonadək vuruşuruq..."

518 11.07.2026 14:05 Dünya A A

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Üçüncü Dünya müharibəsinin başlama ehtimalları barədə danışarkən bəşəriyyəti düşündürən ən aktual suallara aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, Kreml rəsmisi İsveçrənin məşhur "Die Weltwoche" nəşrinə verdiyi müsahibəsində Rusiyanın Üçüncü Dünya müharibəsini başlatmaq üçün həddən artıq böyük və məsuliyyətli bir dövlət olduğunu vurğulayıb. O, əsas təhlükənin Rusiyadan deyil, məhz Qərbdən gəldiyini bildirib: "Məsələ başqadır — Avropa. Avropalı siyasətçilərin başı hər cür dəli və axmaq ideyalarla doludur".

Peskov öz bəyanatında Rusiyanın tarixi roluna da toxunaraq, xəbərdarlıq tonunda mühüm şərhlər verib. "Biz heç vaxt Üçüncü Dünya müharibəsinə başlamayacağıq. Tarixi yada salın, biz heç vaxt müharibə başladan tərəf olmamışıq. Lakin bizə qarşı müharibə başladılanda isə, biz hər zaman ən sonadək vurumuşuq", — deyə Dmitri Peskov Qərb paytaxtlarına sərt ismarış vurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR