İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova Türkiyəni təxribata çəkir-Qaqauziyada gərginlik hara aparır?

1117 11.07.2026 13:52 Dünya A A

Kişinyov Ankaranın vasitəçiliyi ilə 1990-cı illərdə aparılan danışıqlardan sonra Qaqauziya geniş muxtariyyət müqabilində Moldova tərkibinə qayıtması haqda razılışamanı pozdu-Ərdoğana qarşı ikinci sayğısız davranış

Moldova Konstitusiya Məhkəməsinin Qaqauziyanın xüsusi statusu haqqında qanunun bir sıra müddəalarını konstitusiyaya zidd hesab etməsi ölkədə yeni siyasi gərginlik yaradıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, qərar yalnız hüquqi dəyişiklik kimi deyil, həm də Kişinyovun muxtariyyət üzərində nəzarəti gücləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir. Qaqauz rəhbərliyi isə xəbərdarlıq edir ki, bu proses davam edərsə, 1990-cı illərdə çətinliklə əldə olunmuş siyasi kompromis pozula  bilər.

İyulun 9-da Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın Mərkəzi Seçki Komissiyasının (MSK) formalaşdırılması ilə bağlı müddəaları Konstitusiyaya zidd elan etdi. İndiyədək muxtariyyət öz seçki komissiyasını müstəqil şəkildə formalaşdırırdı və bu qurum Xalq Məclisinə, eləcə də başqan seçkilərini təşkil edirdi. Qərardan sonra isə Qaqauziyanın MSK-sı ümummilli Seçki Məcəlləsinə uyğun olaraq, faktiki şəkildə mərkəzi hakimiyyətin nəzarəti altında formalaşdırılacaq.Bununla yanaşı, muxtariyyət polis idarəsinin, təhlükəsizlik xidmətinin və ədliyyə idarəsinin rəhbərlərini təyin və vəzifədən azad etmək səlahiyyətini də itirib.
Konstitusiya Məhkəməsi hesab edir ki, bu məsələlər üzrə Kişinyovun qərarlarının əvvəlcədən Qaqauziya rəhbərliyi ilə razılaşdırılması mərkəzi hakimiyyətin konstitusion səlahiyyətlərini məhdudlaşdırır.
Picture backgroundQaqauziyanın xüsusi hüquqi statusu 1994-cü ildə qəbul edilmiş qanunla müəyyənləşdirilmişdi. Həmin qanun 1990-cı illərin əvvəllərində müstəqilliyini elan etmiş Qaqauziyanın Moldova tərkibinə sülh yolu ilə reinteqrasiyasının əsasını təşkil etmişdi. Qanunda xüsusi olaraq göstərilirdi ki, Qaqauziya öz seçki orqanlarını formalaşdırmaq, daxili idarəetmənin bəzi strukturlarını müəyyən etmək hüququna malikdir. Daha sonra bu status Moldova Konstitusiyasının 111-ci maddəsində də təsbit edildi.
İndi isə həmin mexanizmlərin mərhələli şəkildə ləğv edilməsi Komratda narahatlıq doğurur. Qaqauziya Xalq Məclisinin sədri Valentin Qaydarji bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı muxtariyyətin ləğvinə aparan yolun başlanğıcı ola bilər.Onun sözlərinə görə, bu addımlar yalnız Qaqauziyada deyil, bütün Moldovada siyasi sabitliyi təhlükə altına sala bilər.
Xalq Məclisi növbədənkənar iclas keçirərək bəyan edib ki, qərarın ləğvi üçün Konstitusiya, milli qanunvericilik və beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə olunacaq.Deputatlar bildirirlər ki, məhkəmənin ləğv etdiyi səlahiyyətlər sadəcə inzibati mexanizm deyil, 1994-cü ildə əldə olunmuş siyasi kompromisin ayrılmaz hissəsidir.
Moldova Ədliyyə Nazirliyinin müraciəti əsasında başlanmış prosesin fonunda bir çox analitik hesab edir ki, Prezident Maya Sandu komandası ölkədə vahid idarəetmə modelini möhkəmləndirməyə çalışır. Son illərdə Kişinyovla Komrat arasında münasibətlər daha da gərginləşib. Bunun əsas səbəblərindən biri də Qaqauziyanın açıq şəkildə Rusiyaya yaxın siyasi mövqe nümayiş etdirməsidir. 2025-ci ildə demokratik yolla seçilmiş başqan Yevgeniya Qutsulun maliyyə cinayətləri ittihamı ilə yeddi il azadlıqdan məhrum edilməsi də bölgədə mərkəzi hakimiyyətə etimadı ciddi şəkildə zəiflədib. Qaqauziya rəhbərliyi həmin işi siyasi motivli hesab edir. Hazırda muxtariyyət həm başqansız, həm də səlahiyyət müddəti başa çatmış parlamentlə fəaliyyət göstərir. Parlament seçkiləri isə iki dəfə təxirə salınıb.
1990-cı illərin əvvəlində həm Dnestryanı bölgə, həm də Qaqauziya Moldovadan ayrıldıqlarını elan etmişdilər.Qaqauziyada həmin dövrdə tanınmamış respublika yaradılmış, öz prezidenti, parlamenti və silahlı dəstələri fəaliyyət göstərmişdi. Vəziyyət silahlı qarşıdurma həddinə qədər çatmışdı. Yalnız Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra tərəflər kompromis əldə etmiş və Qaqauziya geniş muxtariyyət müqabilində Moldova tərkibinə qayıtmışdı.
Picture backgroundBu səbəbdən də hazırkı dəyişikliklər Komratda həmin razılaşmanın pozulması kimi qəbul edilir.Yeri gəlkmişkən, Türkiyənin dəstəyi ilə Komratda tikilən yeni sənaye kolleci ətrafında da Ankara və Kişinyov arasında gərginlik yaradıb. Kollec Qaqauziya üçün mühüm layihə hesab olunurdu. Türkdilli qaqauzlar bu təhsil ocağını öz gəncləri üçün yeni imkanlar qapısı kimi görürdü. Lakin gözləntilər özünü doğrultmadı. Kişinyovun qərarı ilə burada tədrisin yalnız rumın dilində aparılacağı açıqlandı. Bu addım Qaqauziyanın xüsusi hüquqi statusunu pozur. Qanuna görə, regionda üç rəsmi dil – qaqauz, rus və moldov (rumın) dilləri tanınır və təhsil də bu dillərdə təşkil olunmalıdır. Aprel ayında Moldova prezidenti Maya Sandu Antalyada keçirilən Diplomatik Forumda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. Prezidentlər həmçinin iki ölkə arasındakı münasibətləri, o cümlədən Qaqauz muxtariyyətinin problemlərini müzakirə ediblər. Bildirilir ki, Sandu Ərdoğanla görüşündə Türkiyədə qardaş hesab edilən Qaqauzlar üçün tikilmiş kollecə onun adını verəcəyinə söz veribmiş.

Bundan sonra nə baş verə bilər?

Picture background

Siyasi müşahidəçilər hesab edirlər ki, Kişinyovun növbəti addımları Moldova daxilində yeni siyasi böhran yarada bilər.Bir ssenariyə görə, Qaqauziya yalnız hüquqi mübarizə yolu ilə öz statusunu qorumağa çalışacaq.Digər ehtimala görə isə mərkəzi hakimiyyətlə qarşıdurma daha da dərinləşəcək və bu, Dnestryanı bölgədəki vəziyyətə də təsir göstərə bilər. Qaqauziya rəhbərliyi artıq bəyan edib ki, muxtariyyətin statusunun məhdudlaşdırılması ilə razılaşmayacaq və bütün hüquqi vasitələrdən istifadə edəcək.Konstitusiya Məhkəməsinin qərarı hüquqi xarakter daşısa da, onun siyasi nəticələrinin daha böyük olacağı gözlənilir. Çünki söhbət yalnız seçki komissiyasının formalaşdırılmasından və ya bir neçə dövlət qurumunun rəhbərlərinin təyin edilməsindən getmir. Müzakirələrin mərkəzində 30 ildən artıq müddətdə Moldova dövlətçiliyinin mühüm elementlərindən biri sayılan Qaqauziya muxtariyyətinin gələcək taleyi dayanır. Əgər Kişinyov mərkəzləşdirmə siyasətini davam etdirərsə, bu, Komratla münasibətlərdə yeni və daha mürəkkəb qarşıdurma mərhələsinin başlanğıcı ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR