İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən TƏCİLİ: Çətin vəziyyətdəyik, Rusiyanı dayandırın! CANLI

1103 29.01.2024 14:45 Siyasət A A

“Avropa ABŞ-sız Ukraynaya dəstəyin öhdəsindən gələ bilməyəcək”. Musavat.com bildirir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib. “Avropa təkbaşına nə silah, nə də maddi cəhətdən Ukraynanın əvvəllər aldığı dəstəyin öhdəsindən gələ bilər. ABŞ yardımının gecikdirilməsi artıq bəzi AB liderlərinə də təsir edir.

Əgər son nəticədə yardım göstərilməsə və Rusiya Ukraynada irəliləsə, Avropa və NATO-da parçalanma baş verə bilər. Çox çətin bir vəziyyətdəyik. Ukraynanın dağılmasının, millətimizin məhv olmasının, qlobal miqrasiyanın və Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün həm geosiyasi, həm də maliyyə baxımından Rusiyanı dayandırmaq hələ də mümkündür”, - Zelenski bildirib.

Ukrayna ordusu Kupyanskın 10 km-də yerləşən Sinkovka kəndi yaxınlığında rusların zirehli texnika kolonunu tələyə salaraq, darmadağın edib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə gündəmi müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR