İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampın qələbəsindən sonra ritorikasını yumşaltdı – "The Telegraph"

573 22.11.2024 17:12 Dünya A A

"The Telegraph" qəzetinin yazdığına görə, ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra Ukrayna prezidenti Volodimir Zelenski daha yumşaq mövqeyə keçməyə başlayıb.

Musavat.com xəbər verir ki, nəşr, Zelenskinin yaxınlarda verdiyi bir bəyanatı nümunə göstərərək qeyd edir ki, Kiyev Krımı diplomatik yolla geri qaytarmağa hazırdır. Əvvəllər hərbi gücdən istifadənin mümkünlüyünü vurğulayan Zelenski, indi isə güc tətbiq etməyi istisna edir.

"Müşahidələr göstərir ki, Tramp ABŞ-da prezident seçkilərində qalib gəldikdən sonra Ukrayna prezidenti müharibə meydanında Rusiyanı məğlub etmək üçün maksimalist ambisiyalarından tədricən imtina edir", – deyə "The Telegraph" yazır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR