İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Tramp müharibəni BAŞLATDI: Bu ərazilər vurulur, ÖLƏNLƏR VAR VİDEO

2178 16.03.2025 08:00 Dünya A A

ABŞ Prezidenti Donald Tramp Yəməndəki husilərə qarşı hərbi əməliyyatlara başlamaq üçün əmr verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, o, husilərin ABŞ gəmilərinə hücumlarını və bölgədəki dəniz ticarətinə mənfi təsirlərini əsas gətirərək, ABŞ ordusuna husilərə qarşı qətiyyətli və güclü hərbi əməliyyatlara başlamağı tapşırıb.

Tramp husilərə müraciət edərək deyib: “Vaxtınız bitdi, hücumlarınız bu gündən etibarən dayanmalıdır, əks halda, daha əvvəl heç görmədiyiniz şəkildə üzərinizə cəhənnəm yağacaq”.

O, həmçinin İranı husilərə verdiyi dəstəyi dərhal dayandırmağa çağırıb və ABŞ xalqını və prezidentini təhdid etməmələri barədə xəbərdarlıq edib.

Husilərə bağlı Əl-Məsirə televiziyasının məlumatına görə, Səda şəhərinin şimalına ABŞ və İngiltərə ordusu tərəfindən hava hücumu həyata keçirilib və bu hücum nəticəsində 15 mülki şəxs həyatını itirib.

Hücumlarda ölənlərin ümumi sayı 24-ə yüksəlib, ən azı 23 nəfər yaralanıb.

Error loading media: File could not be played
00:00
00:00
 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR