Təhsil eksperti, parlamentin VI çağırış deputatı Etibar Əliyev maraqlı yazı ilə çıxış edib. Musavat.com həmin yazını oxucuları ilə paylaşır.
**
Amerika Birləşmiş Ştatlarının 8 prezidenti, 160 Nobel mükafatı laureatı, 18 Filds mükafatı laureatı (Riyaziyyatdan ən yüksək təltif), 14 Tyürinq mükafatı (informatika üzrə) laureatı, 30 Pulitser mükafatı (jurnalistika sahəsində) laureatı və sosial elitanın 100-lərlə nümayəndəsi Harvard Universitetinin məzunlarıdır.
Bill Geyts və Mark Zukerberq isə bu ali məktəbdə təhsillərini yarımçıq qoyublar.
Sual yaranır. Universitet bu qədər istedadlı şəxsi necə yetişdirə bilib? Əsas səbəblərdən biri tələbələrin bacarıqlarının inkişafına yetirilən diqqətdir. İnsanda inkişaf edən bacarıqlar onun keyfiyyətli həyatına müsbət təsir göstərir. Baza bacarıqları piramidanın ən aşağı hissəsisini təşkil edir. Əgər aşağı yarus möhkəm və etibarlıdırsa, siz onun hesabına yuxarı yarusları da inkişaf etdirə bilərsiniz.
Əgər siz zamanın düzgün bölgüsünü aparmağı bacarsanız, onda öz qrafikinizi düzgün qura bilərsiniz, əgər siz öz enerjinizi qoruya bilsəniz, psixi durumunuzu tənzimləyə bilərsiniz. Əgər emosiyanıza nəzarət edə bilsəniz-neqativlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Əgər əməksevər və tələbkarsınızsa siz heç kimə fikir vermədən var gücünüzlə çalışacaqsınız.
Əgər cavanlar cəmiyyətin elitasına daxil olmaq istəyirlərsə, onlar mütləq baza kompetensiyalarını inkişaf etdirməlidirlər. Əsas budur! Harvard universiteti tələbələrindən baza kompetensiyalarını inkişaf etdirməyi, həm də bu kompetensiyaların işdə tətbiqini tələb edir.
Bəs Harvard Universiteti öz tələbələrinin baza bacarıqlarını necə inkişaf etdirir?
Siz nə zamansa özünüzə sual vermisinizmi ki, yeni gün saat neçədə başlayır. Suala cavab tapmaq üçün gəlin Harvarda nəzər yetirək. Hətta gecə saat 4:30 - da dünyanın ən yaxşı universitetinin yanından keçsəniz görəcəksiniz ki, bütün korpuslarda işıqlar yanır. Tələbələrin tədrisə necə kökləndiklərinin şahidi olacaqsınız: Onlar sərbəst məşğul olur, ev tapşırıqları üçün zaman ayırır, ya da onları maraqlandıran elmlərlə məşğul olurlar. Günün vaxtından asılı olmayaraq kitabxanalar tələbələrlə dolu olur. Bu universitetdə öyrənmək üçün kitabxana yeganə məkan deyil. Universitetin hər bir guşəsində - tələbə yeməkxanasında, siniflərdə, laboratoriyalarda, hətta tibb kabinetlərində zəhmətsevər tələbələrlə rastaşacaqsınız. Onlar dərsliklərin arxasında oturur, diqqətlə konspekt tutur və pıçıltı ilə hansısa sualları müzakirə edirlər. Harvardda tələbələrin bu qədər zəhmətkeşlik və əzimkarlıq nümayiş etdirməyə vadar edən nədir? Bu, Universitetin devizi ilə bağlıdır: “Əgər Siz Harvardı bitirdikdən sonra hər yerdə və hər zaman balıq özünü suda hiss etdiyi kimi hiss etmək və cəmiyyətin dəyərli üzvü olmaq istəyirsinizsə tənbəlik etməyə vaxtınız olmamalıdr!”
Harvardın bütün tələbələri heç də saat 4:30- da yuxudan oyanmırlar. Gündüzün və gecənin istənilən vaxtında Universitetlərin kampusunda insanlara rast gəlmək olur.
Harvardın kampusunda 49 kitabxana fəaliyyət göstərir. Burada belə bir möhtəşəm deyim var: “Səhər tezdən zəngli saat yox, arzularınız sizi yuxudan oyatmalıdır.”
Harvardda Taym-menecment fənni bütün tələbələrin sevdiyi fəndir. Bütün hamı kimi bu universitetin tələbələri üçün də sutka 24 saatdır. Lakin vaxtın hər dəqiqəsi və saniyəsi çox qiymətlidir. Tələbələr üçün vaxt-ən qiymətli və vacib resursdur və bunu boşuna vermək olmaz. Harvard Universiteti həmçinin tələbələrindən məcburən vaxtın idarə olunması bacarıqlarını inkişaf etdirməyi tələb edir. Bunun üçün ”Taym-menecment üzrə rəhbərlik ” xüsusi vəsait də hazırlanıb.
Universitetin kitabxanalarının birinin girişinə belə bir fraza yazılıb: “Əgər siz bu gün addım atmasanız, sabah qaçmağa məcbur olacaqsınız!”
Belə olmasaydı hüdsuz nüfuz qazanmaq mümkün olardımı?
Etibar Əliyev, Təhsil eksperti,
Sabiq millət vəkili