Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İstanbul İl Baş Qərargahı binasında gənclərlə görüşüb.
Musavat.com xəbər verir ki, gənclərlə masa ətrafında əyləşən prezident Ərdoğan onlarla maraqlı söhbət edib, çay içib.
Görüşdə gənclər gitara və bağlama çalıb, mahnı oxuyublar.
Prezident Ərdoğanın gənclərlə görüşündə AK Partiya İstanbul İl sədri Abdullah Özdəmir də iştirak edib.
Musavat.com


