İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Rusiya hərbçilərinin kütləvi qətliam törətdiyi Buçaya gedib

1721 04.04.2022 17:06 Gündəm A A


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı qətliam törətdiyi Buça şəhərini ziyarət edib.

Musavat.com UNİAN-a istinadla xəbər verir ki, Kiyev vilayətindəki şəhəri ziyarət edən dövlət başçısı dağılmış Rusiya texnikasına baxış keçirib, yerli sakinlərlə söhbət edib.

O, Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırımlar törətdiyini bəyan edib.

Britaniyanın BBC telekanalının jurnalistinin “Rusiya ilə sülh danışıqları hələ də mümkündürmü?” sualına prezident belə cavab verib: “Bəli, çünki Ukrayna sülhə nail olmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR