İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Putinlə bir masaya oturmağın şərtini açıqladı – Elxan Şahinoğlu ilə “Canlı debat”da

1228 04.04.2022 11:50 Gündəm A A

“Ukrayna başqa dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlar masasına otura bilər”. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“İndi biz real, icra edilə bilən zəmanətlərlə maraqlanırıq. Beş ölkə, buna təminat verməlidir. Ola bilsin ki, hətta üç ölkə də Ukrayna üçün tam hüquqlu müdafiəyə zəmanət versin. Yalnız bundan sonra biz Rusiya ilə bir masa ətrafında otura bilərik”, - deyə Zelenski bildirib.

Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.

Qurumdan bildirilib ki, Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb. Rəsmi informasiyaya görə, səfərbərlik əsasən Krasnodar, Perm, Dağıstan, İnquşetiya və Kalmıkiya ərazilərini əhatə edir.

“Ehtiyatda olan hərbçiləri həvəsləndirən maddi maraqdır. Rusiya hərbçiləri düşünürlər ki, onlar quldurluq və talançılıqla maddi durumlarını yaxşılaşdıra bilərlər”, - Ukrayna MN-dan qeyd olunub.

Həmçinin göstərilir ki, Rusiya səfərbərliyə təxminən 60 min nəfərin cəlb olunacağını gözləyir: “Onlar köhnəlmiş silahları anbarlardan çıxaracaqlar. Həmin silahların bəziləri 30 ildən çoxdur ki, istifadə olunmur". Bundan başqa, Donetsk və Luqansk vilayətlərində son sutkada Rusiyanın 7 hücumu dəf edilib: “Həmçinin 2 zirehli texnika, 43 avtomobil və 1 minaatan məhv edilib. Eyni dövr ərzində Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qüvvələri 6 hava hədəfini - üç təyyarə (SU-34, SU-35 və İl-22 təyyarələri), bir helikopter və iki qanadlı raketi məhv edib”.

“Ukrayna başqa dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlar masasına otura bilər”. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“İndi biz real, icra edilə bilən zəmanətlərlə maraqlanırıq. Beş ölkə, buna təminat verməlidir. Ola bilsin ki, hətta üç ölkə də Ukrayna üçün tam hüquqlu müdafiəyə zəmanət versin. Yalnız bundan sonra biz Rusiya ilə bir masa ətrafında otura bilərik”, - deyə Zelenski bildirib.

Bu və gündəmdəki digər mövzuları bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılar iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR