İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Putinə Ukraynanın şərqini tutmaq üçün 1 milyon əsgərini qurban vermək lazım gələcək

591 09.10.2025 13:02 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynanın şərqini ələ keçirmək istəsə, onun rəhbərliyi 1 milyon hərbçisini itirməli olacaq.

Musavat.com xəbər verir ki, Zelenski bu açıqlamanı Rusiya işğalçı qüvvələrinin genişmiqyaslı müharibənin başlanğıcından bu yana verdiyi itkiləri nəzərə alaraq verib.

Prezident əlavə edib ki, ABŞ prezidenti Donald Tramp başa düşür ki, Putinin ona Alyaskada təqdim etdiyi “hərbi imkanlar” əslində işləməyib:

"Deməli, ona “keyfiyyətsiz məhsul” satmağa çalışıblar. Məncə, insana yalan danışılması hər kəs üçün təhqirdir".

Zelenski həmçinin bildirib ki, əgər Putin Rusiyada səfərbərlik elan edərsə, bu, Avropaya çağırış olacaq və böyük müharibəyə yol aça bilər:

"Səfərbərlik Rusiyanın liderinin reytinqlərinin itirilməsidir. Bu səbəbdən o, bunu indiyədək etməyib. Əmin olun, onlar illərdir ödədikləri böyük pulları buna sərf etmək istəmirdilər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR