İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski NATO Baş katibi ilə hansı məsələləri müzakirə etdiyini açıqlayıb

422 20.04.2023 20:56 Siyasət A A

“Biz ilk növbədə silah tədarükü məsələsini müzakirə etdik”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, uzaqmənzilli müasir aviasiya, artilleriya və zirehli texnikaların tədarükünü ləngitmək olmaz: “Müvafiq qərarları təxirə salmaq sülh üçün vaxt itirmək deməkdir”.

Qeyd edək ki, Y.Stoltenberq Kiyevdə səfərdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR