İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski İrəvana gəlir, bunun Rusiyaya nə dəxli? - Melkonyan

940 26.02.2024 17:39 Dünya A A

Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana gəlmək qərarı versə, o zaman biz onu qəbul etməli olacağıq. Bizim problemimiz nədir? Bizə Rusiyanın necə reaksiya verəcəyi maraqlı deyil, bu, öz işimizdir.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu sözləri hakim "Mülki müqavilə" partiyasının deputatı Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, biz öz dövlətimizin mənafeyində maraqlıyıq.

Jurnalistlərin Ermənistanın sonda KTMT-ni tərk edib-etməyəcəyi sualına Melkonyan belə cavab verib:

"Hər şey öz vaxtında. Zamanı gələndə hər şeyi edəcəyik. "Dondurmaq" (Nikol Paşinyan "Frans 24" kanalına müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu demişdi - red.) o deməkdir ki, biz bir ildən artıqdır ki, KTMT-nin heç bir iclasında iştirak etmirik".

Qeyd edək ki, Vladimir Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda məlumat yayılıb. Ermənistan Xİn bu məlumatı təkzib etməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR