İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski hakimiyyətini faşist adlandıran Araz Əlizadə CANLI-da

1296 31.03.2022 15:32 Gündəm A A

Müharibənin 36-cı günü üçün Rusiya Ukraynanın itkilərini yeniləyib. Rusiya MN-nin sözçüsü, general-mayor İqor Konaşenkov məlumat yayıb ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 124 təyyarə və 77 helikopter, 216 zenit-raket kompleksi, 341 pilotsuz uçuş aparatı, 1815 tank və digər zirehli döyüş texnikası, 195 reaktiv yaylım atəş sistemi, 762 səhra artilleriyası və minaatan, 1689 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib”, - Konaşenkov bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski Avstraliya Nümayəndələr Palatasına müraciətində deyib ki, əgər dünya Rusiyanı 2014-cü ildə Donbasda “Boinq MH17” reysi vurulan zaman cəzalandırsaydı, Rusiyanın Ukraynaya müdaxiləsi olmazdı.

Ukrayna müharibəsinə münasibətdə isə bəzi siyasətçilərin fərqli baxışları var. Onlardan biri Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadədir.

ASDP sədri bir neçə gün əvvəl internet kanallarının birində Zelenski hakimiyyətini faşist adlandırıb, Ukraynada iqtidara faşistlərin gəldiyini bildirib.

A.Əlizadə hesab edir ki, onlar 2014-cü ildə Donbasda rus əhalini qırırdı və Rusiyanın NATO-nun addımlarına cavab olaraq, məcbur qalıb Ukraynaya hücum etdiyini düşünür.

TVMusavat-ın canlı yayınında aparıcı Emil Salamoğlu Araz Əlizadə ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edir.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR