İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski bütün xarici səfərlərini TƏXİRƏ SALDI

773 15.05.2024 14:29 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski bütün xarici səfərlərini təxirə salıb.

Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

"Volodimir Zelenski yaxın günlərdə onun iştirakı ilə planlaşdırılan bütün beynəlxalq tədbirlərin təxirə salınması və yeni tarixlərin razılaşdırılması barədə göstəriş verib. Biz tərəfdaşlarımıza anlayışlarına görə minnətdarıq", - o, "Facebook" hesabında bildirib.

Qeyd edək ki, bu qərar Rusiyanın Ukraynanın Xarkov vilayətinə yeni hücumları ilə əlaqələndirilir.

Xatırladaq ki, daha öncə Zelenskinin İspaniya və Portuqaliyaya səfərlərinin təxirə salındığı bildirilib.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR