İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask milyarderlərdən Tramp üçün səs istədi

341 30.07.2024 11:08 Dünya A A

İlon Mask amerikalı milyarderləri öz dostlarından ABŞ prezidentliyinə namizəd Donald Trampa səs vermələrini xahiş etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Washington Post (WP) öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, Mask bu müraciəti milyarder investor Nelson Peltsin malikanəsində tədbir iştirakçılarına edib. Görüşdə milyarderlər və aparıcı siyasi strateqlər iştirak ediblər.

Qəzet onu da yazır ki, Mask ABŞ Demokratlar Partiyasının ölkənin sosial siyasətinə yanaşmasından qəzəblənib. Daha əvvəl Maskın Trampın seçki kampaniyasına ianə etdiyi bildirilmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR