İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Büdcədən axırıncı pullarımızı da çıxarıb verməyə hazırıq”

1255 13.03.2022 10:57 Gündəm A A

“Ukrayna səmasını bağlamaq olar. Bir neçə imkan mövcuddur. Raket əleyhinə müdafiə sistemləri var, onları Ukraynada quraşdırmaq olar. Başa düşün, Ukrayna bütün bunları təfərrüatına kimi araşdırıb, tapıb. Biz bu sistemləri olanlardan xahiş etdik, onları bizə verin”.

Musavat.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə xarici jurnalistlərin suallarına cavab verərkən söyləyib.

V.Zelenski Ukrayna səmasını bağlayan sistemləri almağa hazır olduqlarını bəyan edib:

“Biz onları almağa hazırıq, kredit götürməyə, yaxud da büdcədən axırıncı pullarımızı da çıxarıb verməyə hazırıq”.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR