İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər seçkisi - Qərb riyakarlığına vurulacaq “tərs şillə”

515 27.01.2024 14:14 Siyasət A A

Odur ki, səsverməyə getmək hər birimizin təkcə vətəndaşlıq vəzifəsi yox, eyni zamanda dövlət, millət və gələcək nəsillər qarşısında tarixi, mənəvi və vəfa borcudur...  

2024-cü ilin prezident seçkisi: Bu tarixi, Zəfər seçkisində Azərbaycan xalqı özünün düzgün seçimini etməklə, sözsüz ki, həm də Qərbin (Avropa və ABŞ-ın) ölkəmizə münasibətdə davam edən riyakar, ikiüzlü, “ikili standart” siyasətinə “tərs şillə” vuracaq. Öz iradəsini, qətiyyətini bir daha dünyaya nümayiş etdirəcək.

Azərbaycan xalqının başqa hansı seçimi ola bilər ki? Fransa başda olmaqla, bir sıra məkrli dövlətləri, AŞ PA-nı, Avropa Parlamentini qəzəbləndirən həm də budur. Çünki nəticəni bilirlər.

Bu, əlbəttə ki, sıradan bir seçki deyil. Odur ki, səsverməyə getmək hər birimizin təkcə vətəndaşlıq borcu yox, eyni zamanda dövlət, millət və gələcək nəsillər qarşısında tarixi, mənəvi və vəfa borcudur...

Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib. MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərilməyə başlanılıb. Bildirişlər yanvarın 23-dən etibarən göndərilir.

Elman Məmmədov “Şöhrət” ordeni ilə təltif edildi

Elman Məmmədov

Milli Məclisin deputatı Elman Məmmədov secki-2024.az saytına açıqlamasında deyib ki, Böyük Qayıdışa dair I dövlət proqramına uyğun olaraq işğaldan azad edildikdən sonra əhalisi geri qayıtmış kəndlərimizdə formalaşdırılan seçki məntəqələri bütün standartlara tam cavab verir. Həmin məntəqələrdə seçicilər rahat və sərbəst şəkildə öz iradələrini ifadə edə biləcəklər.  İşğaldan azad edilmiş regionlarda şəffaf seçki mühitinin yaradılması təqdirəlayiqdir:

“Seçki mühiti və  nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın inkişaf səviyyəsini təcəssüm etdirir: ”Gənc və müstəqil dövlət olan Azərbaycanda seçkilərin şəffaf və azad şəraitdə keçirilməsi demokratik prinsiplərə sadiqliyimizi təsdiqləyir. Fevralın 7-də keçiriləcək prezident seçkilərində həm yerli, həm də beynəlxalq nümayəndələr müşahidə aparacaqlar. Bu fakt özlüyündə seçki prosesinin ədalətli prinsiplər üzərində aparıldığını deməyə əsas verir. Təşviqat mərhələsində bütün namizədlərə sərbəst və aktiv kampaniya aparmağa şərait yaradılıb. Namizədlərə seçki platformalarını seçicilərə çatdırmaları üçün media subyektlərində vaxt ayrılıb. Seçkiöncəsi mühiti monitorinq edən QHT-lər namizədlərlə görüşlər keçirirlər və onlar da yaradılmış şəraiti yüksək dəyərləndirirlər".

E.Məmmədov onu da vurğulayıb ki, prezident seçkilərinin Azərbaycanın bütün ərazilərində keçirilməsi prosesə əlavə stimuldur: “Bu amil seçici fəallığının yüksək səviyyədə olacağını deməyə də əsas verir”.

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 6045 nəfərə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub. Seçki günü müşahidə aparacaq QHT-lərin sayı da 2018-ci ildə keçirilmiş prezident seçkisi ilə müqayisədə təxminən 4 dəfə artıb. Belə ki, hazırda prezident seçkilərini izləmək 78 QHT-nin müşahidəçəsi qeydiyyatdan keçib. 

Qarabağ münaqişəsinin həll masasında artıq Rusiya və Amerika qarşıdurması  da yaşanmaqdadır"

Cavanşir Abbaslı

Siyasi partiyalarda isə 30 minə yaxın müşahidəçi olacaq. Müşahidəçilər Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçiblər. Müşahidəçilərin namizədlikləri 19 siyasi partiyadan irəli sürülüb və bu proses hal-hazırda intensiv şəkildə davam edir.

Ağ Partiya sözçüsü Cavanşir Abbaslı: “Partiyamızın 30 dekabr tarixli bəyanatında qeyd olunmuşdu ki, üzvlərimizə seçkidə müşahidəçilik üçün iştirak məsələsində sərbəstlik vermişik. Növbədənkənar prezident seçkisində namizədimiz olmasa da, 7 fevralda istədiyi namizədə səs verə bilər. Həmçinin, rayon təşkilatlarına öz dairələri üzrə müşahidəçiləri təmin etmək barədə tapşırıq verilib. Rayon təşkilatları onların kimliklərini Mərkəzi Aparata, aparat da partiyanın ən üst Ali Orqanına təqdim edəcək. Hesab edirik ki, gələcək seçkilərə hazırlıq olmaq, eləcə də, seçki təcrübəsi toplamaq baxımından seçki prosesində bu formada iştirak etmək vacibdir”.

Türk Dövlətləri Təşkilatına (TDT) Azərbaycandakı prezident seçkilərini müşahidə missiyasının rəhbəri Dastan Urmanbetov bildirib ki, bu il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərini Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan bütün ölkələrdən müşahidəçilər izləyəcəklər". secki-2024.az saytına açıqlamasında D.Urmanbetov deyib ki, hazırda müşahidəçilərin siyahısı və missiyanın Azərbaycanda fəaliyyət proqramı dəqiqləşdirilir. TDT-nin müşahidə missiyasının fevralın 4-dən 8-dək Azərbaycanda səfərdə olacağı nəzərdə tutulub... 

Regionlarda da tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkisi ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirlərinin davamı olaraq növbəti görüş Quba rayonunda keçirilib. Bu maarifləndirici tədbir sayca beşincidir, növbəti tədbir Naxçıvanda keçiriləcək.

Şahin Əsədli: "Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 371 seçici var"

Şahin Əsədli

O ki qaldı adı seçici siyahısında olmayan vətəndaşlara,  MSK Katibliyinin Media və Kommunikasiya Şöbəsinin müdiri Şahin Əsədli “Yeni Müsavat” a açıqlamasında bu suala aydınlıq gətirdi: “Əgər seçki günü seçicinin adı seçici siyahısında olmasa, məntəqəyə gedib müvafiq təsdiqedici sənədi təqdim etməlidir. Seçicinin adı əlavə seçici siyahısına daxil edilməklə səsvermə hüququ təmin olunur. Seçicinin adı əvvəlki qeydiyyat ünvanına aid seçki məntəqəsinin siyahısındadırsa, fevralın 4-nə qədər həmin məntəqəyə yaxınlaşıb qeydiyyatdan çıxma vəsiqəsi ala və onun əsasında seçki keçirilən istənilən məntəqədə səs verə bilər. Bu ölkədaxili və ölkə xaricindəki bütün məntəqələrə aiddir”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR