İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Rusiya hərbçilərinin Ermənistanın rayonlarından çıxarılmasına münasibət bildirib

1752 15.05.2024 15:20 Dünya A A


"Rusiya tərəfinin guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr reallığa uyğun gəlmir. Bu, doğru deyil".


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə danışıb. Zaxarova Rusiya sərhədçilərinin Ermənistanın beş rayonundan çıxarılmasının Bakı və İrəvan arasında razılaşma çərçivəsində həyata keçirildiyi barədə xəbərləri yalan adlandırıb.

Onun sözlərinə görə, Rusiya və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçilərinin  qarşıya qoyulmuş tapşırıqların icrası ilə əlaqədar Azərbaycanla həmsərhəd olan bir sıra rayonlardan çıxarılması müzakirə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR