İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada vəzifəli şəxsə cinayət işi açıldı

761 02.03.2023 18:12 Kriminal A A

Zaqatala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.

Bu barədə Zaqatala rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri  barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə  cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR