İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zaman gələcək ki, cəmiyyət məğlubiyyətin səbəblərini anlayacaq”-Kyaramyan

789 09.05.2023 13:23 Siyasət A A

“Orduda “beşinci kolon” hələ də fəaliyyət göstərir.

Musavat.com-un məlumatına görə, bunu Ermənistan İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan jurnalistlərə bildirib.

O deyib ki, 44 günlük müharibə zamanı bu vəziyyət mövcud idi: “Güman edirəm ki, indi də qalıb”. A.Kyaramyan deyib ki, 2020-ci il hadisələri ilə bağlı bir çox işlərə başlanılıb, bəziləri artıq yekunlaşıb və ictimaiyyətə açıqlanıb: “Digərləri ilə bağlı istintaq davam edir. Amma zaman gələcək ki, cəmiyyət bütün suallara cavab alacaq, məğlubiyyətin səbəblərini anlayacaq”. Kyaramyan etiraf edib ki, o məğlubiyyət təkcə hakimiyyətin yox, bütün xalqın məğlubiyyəti idi. “Özü də həmin günlər Şuşada könüllü kimi olubsa, hesab edir ki, onun kimi insanlar çox olsaydı, şəhər əldən getməzdi”-İstintaq Komitəsinin rəhbəri daha sonra sərsəmləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR