İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris-2024: Məryəm 35-ci oldu

308 03.08.2024 16:37 İdman A A

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangahın Paris-2024 Yay Olimpiya Oyunlarındakı yekun mövqeyi bəlli olub.

Təmsilçimiz 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında təsnifat mərhələsində 35-ci yeri tutub.

6-cı qrupda finişə 26,76 saniyəyə çatan üzgüçümüz həmin “səkkizlik”də 3-cü yeri tutub. Ümumilikdə isə 79 idmançı arasında ən yaxşı nəticəyə malik 16 üzgüçü yarımfinala adlayıb. Onların arasına düşə bilməyən idmançımız Olimpiadada çıxışını başa vurub.

Qeyd edək ki, yarımfinal mərhələsi günün ikinci yarısında keçiriləcək./İdman.biz

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR