İnsanlara hürriyət, millətlərə istiqlal!

Rza Rzayevin azadlıqda ilk görüntüləri - VİDEO

981 03.08.2024 16:46 Gündəm A A

Xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev bu gün azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, bununla bağlı videogörüntülər onun sosial hesabında paylaşılıb.

 

Azadlığa qovuşan aktyor əli ilə hər kəsi salamlayıb.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsi sənətçinin müraciəti əsasında onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

R. Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib.

Qeyd edək ki, aktyor “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR