İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov qazaxıstanlı həmkarı ilə görüşüb -VİDEO

342 18.04.2023 18:38 Son xəbər A A

Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.

Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra Qazaxıstan Resublikasının Müdafiə Nazirliyində görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda xatirə fotosu çəkdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR