İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucun imza toplama kampaniyası uğurla davam edir FOTO

582 22.07.2024 11:17 Siyasət A A

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürən Zahid Orucun imza toplama kampaniyası uğurla davam edir.

Zahid Orucun Seçki Qərargahından Musavat.com-a verilən məlumata görə, qanunvericilikdə nəzərdə tutulan 450 seçici imzasının müvafiq normalar gözlənilməklə, eyni zamanda kampaniyanı ictimai fikrin öyrənilməsi baxımından fürsət kimi dəyərləndirməklə 10 nəfər şəxsdən ibarət heyət seçki dairəsinin bütün ərazisini əhatə etməyə çalışır.

Hər bir vətəndaşın mövqeyinə hörmət və diqqət göstərilməklə, Qərargah üzvləri tərəfindən müşahidələri, insanlarla görüşlərindən əldə etdikləri məlumatlar sistemləşdirilir və Seçki Platformasının hazırlanmasında onlara önəm verilməsi nəzərdə tutulur. Vətən müharibəsində şəhid vermiş ailələrin, qazilərin, ziyalıların, müəllimlərin, həkimlərin və cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən qrupların rəy, təklif və müraciətlərinə xüsusi diqqət yetirilir.

İmza toplama kampaniyası başa çatmaq üzrədir və qarşıdakı planlara dair mediaya mütəmadi məlumatlar veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR