İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəst senator istefa verəcək

222 24.07.2024 03:33 Dünya A A

Korrupsiya işində təqsirli bilinən Nyu Cersi ştatından olan ABŞ senatoru Robert Menendes avqustun 20-də istefa verəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, senator istefa ərizəsini bu günlərdə təqdim edəcək.

İyulun 16-da Nyu-York ştatının andlılar məhkəməsi Menendesi korrupsiyada, Misir və Qətər üçün qanunsuz xarici agent kimi işləməkdə təqsirli bilib.

İş üzrə yekun hökm oktyabrın 29-na təyin edilib. Menendesi həbs cəzası gözləyir.

Qeyd edək ki, demokrat senator həyat yoldaşı Nadine Aslanyanla birgə uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR