İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc:” 90-cı illərin staravoytovalarını indi luazolar əvəzləyib”...

483 06.07.2023 11:51 Siyasət A A

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisdəki çıxışında İrəvana ardıcıl səfərlər edən beynəlxalq missiyaların fəaliyyətindən danışıb.

Musavat.com xəbər verir ki, Zahid Oruc çıxışında bunları qeyd edib:

24 iyunda prezident İlham Əliyev İrəvana ardıcıl səfərlər edən beynəlxalq missiyaların məqsədlərini ifşa edərək dedi, sitat: ”Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatları sərhəddə şəkillər çəkdirir, bizə mesajlar ünvanlayırlar”. Ölkə rəhbərinin hədəfində Avropa Parlamentinin mandatı altında silahlanan bir qrupun olduğu şübhəsizdir. Xatırladaq ki, AvroParlamentin Alt Komitəsinin sədri Natalı Luazo 6 nəfərlə birlikdə iyunun 19-da Laçın sərhəddinə gələrək 4 aydır orada keşik çəkən Aİ-nin missiyasına birləşdilər, Zəngəzurda “Qarabağ köçkünləri” ilə görüşərək, sərhəddə və Laçın büraxılış məntəqəsinə beynəlxalq qüvvələrin yeridilməsini və BMT-nin təcili qətnaməsini tələb etdilər. Natali Luazo dedi ki, rus sülhməramlı qüvvələrini hər yerdə görüb, təkcə Laçın postundan başqa. Halbuki, Azərbaycan o məntəqədə bayraq qaldırmağa cəsarət edib”.

Göründüyü kimi, 30 ildir Xankəndinə qanunsuz gələnlərin yolu bağlanıb və sülhməramlı olmayanlar Rusiya hərbi kontingentini regiondan çıxarıb NATO-nu yerləşdirmək, sərhəddi döyüş xəttinə çevirmək niyyətindədilər. 22 iyunda AŞPA və Avroparlamentin Laçın yolunun açılmasını tələb edən qətnamələri sinxron, vahid mərkəzdən idarə olunurdu və erməni mediası Azərbaycan nümayəndə heyətinin 60 təklifindən heç birinin qəbul olunmamasını bayram etdi. Elə həmin gün ABŞ Konqresinin 54 üzvü Co Baydendən Azərbaycana hərbi yardımı dayandırmağı və Xankəndiyə dəstək göstərməyi xahiş etdilər.

Avropa Parlamentinin deputatı Natali Luazon Azərbaycanın Ermənistana qarşı  ərazi ambisiyaları ilə bağlı yazıya cavab verib

Natali Luazo

Bəs Natali Luazo kimdir. Fransanın hakim Respublika hərəkatının üzvü, qəddar türkofob, islamofob, afrikalılarla bağlı aşağılayıçı irqçi açıqlamalarının müəllifi, səfir vəzifəsində çalışarkən maliyyə cinayətlərini açıqlayan işçisini intihara sövq edən şəxsdir. Natali Luazo Laçınla sərhədə 4 dəfə deputat seçilən, sabiq xüsusi xidmət əməkdaşı, Fransanın Balkanlarda casusu erməni Arnaud Danjyanla birlikdə gəlib. İyunun 24-də 1906-cı ildən şəbəkələşən “Ümumerməni Xeyriyyəçilik İttifaqı” onun şərəfinə Fransada, Paris meri Valeri Pekresin iştirakı ilə şükranlıq naharı düzənləyib. Ölkə başçısı məhz Pekresi nəzərdə tutaraq, hünəriniz varsa bir də gəlin, görək sonra axırınız nə olacaq, dedi.

Beləliklə, sual olunur, nə üçün avropalı deputatlar öz ölkələrinin sərhədlərini Yaxın Şərqdə devirdikləri hakimiyyətlərdən və xaosdan sonra rezin qayıqlarla gələn yüz minlərə açmırlar? Necə olur ki, onların ərazisi suveren və toxunulmazdır, bizə gəldikdə isə hamısı sərhədsiz reportyor, həkim, diplomatdılar?

Belə beynəlxalq səfərlər üçün hazırlanan sərhəd təxribatları və qətnamələr “Avropa dəyərlərinin alınıb-satıldığını göstərir və vaxtilə Amerikanın İraka hücumunu dəstəkləyən şərqi avropalı və keçmiş sovet rəhbərlərini suçlandıran Jak Şirak demişdi ki, o liderlər ən yaxşı şanslarını-susmaq imkanlarını itirdilər. İndi “qlobal erməni milləti”-nin Avroparlamentdəki siyasi korrupsiya şəbəkəsi sülh prosesinə zərbə vurmaqla separatizmin Qərb tərəfindən müdafiə olunduğunu göstərdikləri üçün gərək danışmasınlar. Bəli, 90-cı illərin staravoytovalarını indi luazolar əvəzləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR