İnsanlara hürriyət, millətlərə istiqlal!

Zabitləri mineral gübrəyə çevrilən Rusiya bu yola da əl atdı - SENSASİON DETALLAR

3097 21.01.2023 18:06 Gündəm A A

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Krım ərazisində gizli səfərbərliyə hazırlaşdığı barədə məlumat yayıb. Qeyd olunur ki, Sevastopolda hərbi çağırış yaşında olan, lakin bu və ya digər səbəbdən ehtiyatda olan şəxslərin hərbi komissarlığa çağırışları başlayıb.

Krımdakı gizli səfərbərliyin pərdəarxası məqamları nələrdir?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Musavat.com-a bildirib ki, bu gün Rusiya təkcə Krımda deyil, Ukrayna cəbhəsindən gəlmiş insanları da təkrarən səfərbərlik adı altında xidmətə cəlb etməyə çalışır:

5e1b6412af3d0095412193ec1e5e525a.jpg (185 KB)

"Bu da çox böyük narazılığa səbəb olub. Çünki indiyə qədər ora göndərilənlərin əksəriyyəti məhv edilib, bəzilərinin sağ, yaxud ölüm xəbəri belə yoxdur. Rusiya ordusu bu müharibədə sübut etdi ki, nə ölüsünə, nə də dirisinə sahib çıxır. Demək olar ki, əsgər və zabitlərin cəsədləri Ukrayna çöllərində qalıb və ukraynalılar onları mineral gübrə kimi dəyərləndirirlər. Bu gün Krımda, Sevastopolda hərbi çağırış yaşında olan və ya digər səbəbdən ehtiyatda olan şəxslərin səfərbərliyə çağırılmasına təəccüblənmirəm.

3c574bb4-0b51-382a-b3a8-bb90c964c1d9_850.jpg (125 KB)

Çünki bu yaxınlarda Rusiya Dövlət Dumasının "ağıllılarından" biri təklif etmişdi ki, yaxın illərdə Rusiya vətəndaşlığını qəbul etmiş özbəklər, qırğızlar və qazaxları da bu müharibə kampaniyasına cəlb etmək lazımdır. Onların bəzilərinin ikili vətəndaşlığı var. Yəni onlar xidmətdən imtina da edə bilərlər. Real vəziyyəti düzgün qiymətləndirə bilməyən Rusiya rəhbərliyi bu yola da əl atır və insanları Ukraynaya - ağılsız müharibəyə göndərir. Son aylarda itkilərin sayı sürətlə artmağa başlayıb, gün ərzində 500-1000 itki olur. Krımdakı bu gizli səfərbərliyin pərdəarxası ondan ibarətdir ki, Rusiya çox çətin vəziyyətə düşüb. Əgər bir ölkə öz dustaqlarının - ən qatı cinayətkarların müharibədə iştirakına məcbur qalıbsa, deməli, o ölkənin ordusunda çox ciddi problemlər var. O nöqteyi-nəzərdən mən düşünürəm ki, bundan sonra Rusiyanın müharibədə hər hansı bir uğur əldə etməsi qeyri-mümkündür. Çünki hərb elmi bunu sübut etməkdə acizdir. Peşəkarların əksəriyyəti Rusiya tərəfindən itirilib. Yerdə qalan həvəskarlarla isə Rusiya hər hansı bir konkret nəticəyə nail ola bilməyəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR