İnsanlara hürriyət, millətlərə istiqlal!

Yusif Eyvazovla FOTOsuna görə işdən çıxarıldı

1503 13.04.2023 16:29 Son xəbər A A

Odessa Milli Akademik Opera və Balet Teatrı baş dirijoru Vyaçeslav Çernuxo-Voliç təcili olaraq işdən çıxarılıb. 

BAKU.WS "vesti.ru"-ya istinadən xəbər verir ki, onunla bağlanan müqaviləyə vaxtından əvvəl xitam verilməsi və işdən azad edilməsinin səbəbi hər kəsi təəccübləndirib.

Belə ki, dirijorun işdən çıxarılmasına səbəb Xalq artisti Yusif Eyvazovun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunduqdan sonra onun dəvəti ilə Azərbaycanda çıxış etməsi olub.

Üstəlik, Çernuxo-Voliç çıxışından sonra Eyvazov və truppa üzvləri ilə şəkil çəkdirib. Odessa operası belə bir təxribata dözə bilməyib və baş dirijoru "aydın vətəndaş və vətənpərvərlik mövqeyinə sahib olmadığına" görə cəzalandırmaq qərarına gəldi.

Ukrayna Teatrının rəhbərliyi xatırladıb ki, "Ukrayna sənətini beynəlxalq səviyyədə təmsil edən" bir şəxs "Rusiya dünyasının nümayəndələri ilə heç bir təmasa icazə verməməlidir", həmçinin Rusiyanı hər fürsətdə pisləməlidir.

Xalq artisti Yusif Eyvazov Rusiyanın Xalq artisti Anna Netrebko ilə ailəlidir. Ukrayna prezidenti Volodimir Zelenskinin 2023-cü il yanvarın 7-də imzaladaığı fərmana əsasən Netrebkonun adı da sanksiya siyahısında yer alır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR