İnsanlara hürriyət, millətlərə istiqlal!

YUNİSEF: "Bu sahədə Azərbaycanın tərəfdaşı olmağa hazırıq... "  

316 01.04.2022 17:27 Region A A


"2021-ci ildən YUNİSEF Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Təhsil Nazirliyi və müxtəlif vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə risk təlimləri təşəbbüsləri həyata keçirir".

Musavat.com bildirir ki, bu sözləri YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Heikens aprelin 1-də Bakıda keçirilən "Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri" mövzusunda beynəlxalq konfransda deyib.

Daha sonra Aleks Heikens qeyd edib:
"Bu təlimlər Avropa İttifaqı (Aİ) və Böyük Britaniya tərəfindən maliyyələşdirilir. Hesab edirəm ki, bu tövsiyələr Azərbaycan kontekstində də faydalı ola bilər. Məcburi köçkünlərin qayıdışı fonunda növbəti illərdə minaların və partlamamış sursatların təhlükəsi riski artacaq. Beləliklə, risk təlimlərinin önəmi daha da ön plana çıxacaq. Biz sizin bu sahədə tərəfdaşınız olmağa hazırıq.

Artıq 30 ildir ki, YUNİSEF maarifləndirmə və risk təlimləri fəaliyyətinə cəlb olunub. Dünyanın bir çox yerində mina təhlükəsi riski ilə bağlı fəaliyyət göstəririk. Bir çox dövlətlərdə risk faktorlarının müəyyən edilməsi sistemi zəifdir, yaralanmış insanların statistikaları yoxdur. Bəzən yaş kateqoriyaları və digər önəmli kateqoriyalar nəzərə alınmır. Bu məsələdə icmaları dinləmək və onların mənalı iştirakını təmin etmək çox vacibdir. Bütün risk təlimlərinə və risk qiymətləndirilməsi prosesinə icmaları cəlb etməli, onlarla əməkdaşlıq etməli və dinləməliyik. Söhbət bir neçə ildən getmir. 10 ildən çox aparılacaq işdən gedir.

Eyni zamanda risk təlimlərini digər sektorlarla inteqrasiyalı şəkildə etmək lazımdır. Bu məsələdə qeyri-şablon yanaşmalar seçilməlidir. Davranış dəyişikliyini minimallaşdırmaq üçün risk təlimləri müxtəlif kanallarda uzunmüddətli aparılmalıdır. Risk təliminin müvəffəqiyyəti davranışın dəyişməsi ilə ölçülməlidir. Eyni zamanda burada koordinasiyanın da önəmi var".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR