İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan Ermənistanla HƏRƏKƏTƏ KEÇDİ

1908 13.11.2023 15:17 Son xəbər A A

Yunanıstan, Cənubi Kipr və Ermənistandan olan xüsusi təyinatlılar Yunanıstanın Attika bölgəsində təlimlər keçirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Baş Qərargahı məlumat yayıb.

Qarargahın saytında yerləşdirilən məlumata görə, noyabrın 6-dan 10-dək Attikanın Nea Peramos bölgəsində xüsusi təyinatlıların üçtərəfli birgə təlimləri baş tutub.

“Yunanıstan, Cənubi Kipr və Ermənistan arasında 2023-cü il üçün Birgə Fəaliyyət Planının (JAP) bir hissəsi olan birgə təlim iştirakçılar arasında qarşılıqlı anlaşma səviyyəsinin və nou-hau mübadiləsinin artırılmasına, habelə onların əməliyyat imkanlarının gücləndirilməsinə yönəlib”, - deyə rəsmi məlumatda bildirilir.

Yunanıstan Silahlı Qüvvələri də Yunanıstan Milli Müdafiə Baş Qərargahının Xüsusi Əməliyyat Komandanlığının 1-ci Əməliyyat Tapşırıq Bölməsi ilə birlikdə təlimə qatılıb. Təlimlərdə bölmələrin atəş hazırlığı, snayperlərin texnika və taktikası, qapalı məkanlarda manevrlər, əməliyyatların planlaşdırılması işlənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR