İnsanlara hürriyət, millətlərə istiqlal!

Yük maşınları Rusiyadan Gürcüstana geçmək üçün növbə gözləyir

403 28.12.2023 17:54 Dünya A A

Gürcüstan hərbi yolunda 1500-dən çox ağır yük maşını Rusiyadan Gürcüstana keçmək üçün növbə gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə RF-nin Şimali Osetiya üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Növbədə 1500-dən çox ağır maşın, eləcə də 500-dən çox yüngül avtomobil var”, - agentliyin mənbəsi bildirib.

Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə nümayəndəsinin verdiyi məlumata görə, keçid məntəqəsinin bilavasitə yaxınlığında 200-ə yaxın avtomobil var. Orada isitmə məntəqəsi də fəaliyyət göstərir. Yolun təhlükəsizliyi xüsusi ayrılmış patrul avtomobilləri tərəfindən təmin edilir. Şimali Osetiyanın nəqliyyatı idarəetmə mərkəzinin saytında verilən məlumata görə, hazırda elektron növbədə 3 mindən çox yük maşını var. Hava şəraiti ilə əlaqədar olaraq yol ağır yük maşınlarının hərəkəti üçün bağlanıb.

Gürcüstan hərbi yolu Qafqaz silsiləsi ilə Vladiqafqazdan Tbilisiyə uzanır, Rusiyanı Gürcüstan və qalan Transqafqaz ölkələri ilə birləşdirir. Rusiya hissəsində marşrut Şimali Osetiyadan keçir. Qışda hava şəraitinin pis olması səbəbindən yol tez-tez bağlanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR