İnsanlara hürriyət, millətlərə istiqlal!

Yük maşını erməni hərbçiləri daşıyan ambulansın üstünə çıxıb

823 14.04.2023 10:10 Son xəbər A A

Ermənistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, yük maşını hərbi təcili tibbi yardım avtomobilinin üzərinə çıxıb. Toqquşma nəticəsində hərbi ambulansın sürücüsü və iki tibb işçisi ağır yaralanıb.

"Saat 16:30 radələrində Lori rayon sakini 27 yaşlı Hayk S. qarşıdan gələn 38 yaşlı Ararat rayon sakini Azat X.-nin idarə etdiyi QAZ-22 177 təcili yardım maşını ilə toqquşub", - kriminal xəbər saytı "Shamshiyan" yazıb.

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Nəqliyyat hadisəsi Zəngəzurda İrəvan-Mehri avtomobil yolunun 181-ci kilometrliyində baş verib. Avtomobillər toqquşduqdan sonra qaz borusuna dəyərək dərəyə aşıblar. Qeyd edilir ki, hərbçilər hospitala yerləşdiriliblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR