İnsanlara hürriyət, millətlərə istiqlal!

Yorğunluqdan stressə gedən YOL - "BakuBus" MMC susur

1442 02.09.2022 16:15 Sosial A A

Hər kəsin yorğunluqdan, stressdən şikayətləndiyi bir vaxtda son zamanlar avtobuslarda səsləndirilən reklamlar da əlavə qıcıq mənbəyinə çevrilib. 

Reklamın yüksək səslə verilməsinin xüsusilə axşamlar işdən evinə yollanan insanlarda birmənalı fikir yaratmadığı məlumdur. 

Bəs məsul şirkətlər bu məsələni necə tənzimləyir? 

"Bakı şəhərində müasir standartlara cavab verən bir sıra avtobuslarda səsli reklam yayımı mövcuddur. Bu reklamlar gün ərzində 8-10 dəfə müəyyən edilmiş intervallarla mərkəzləşmiş şəkildə yayımlanır".

Bunu Musavat.com-a açıqlamasında "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev deyib. 

84500921_2840442626013857_8044700098774433792_n.jpg (354 KB)

O bildirib ki, reklam səslənməsinin audio şiddəti mərkəzləşmiş qaydada tənzimlənir:

"Əgər hər hansı avtobusda səsin şiddəti sərnişinləri narahat edərsə, dərhal müdaxilə edilir və səsin yüksəkliyi yerindəcə tənzimlənir. Son 1 ildə bununla bağlı bir neçə müraciət daxil olub və sərnişinləri narahat edən hallar aradan qaldırılıb".

"BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayevlə danışsaq və Cəmiyyətə sorğu göndərsək də, 2 gündür cavab gözləyirik.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR