İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolda sürət yarışı keçirənlərə 25 sutka həbs verildi - VİDEO

537 26.04.2024 11:07 Hadisə A A

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunub.

Musavat.com DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Astara RPŞ-nin DYP Bölməsi şəhər ərazisində yarış keçirən iki sürücünü saxlayıb.

Belə ki, digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "Toyota" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov barəsində inzibati protokol tərtib edilib.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR