İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol qəzasında 25 nəfər öldü

471 09.01.2024 02:09 Dünya A A

Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşması azı 25 nəfər həlak olub.

Gundem.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Məlumata görə, həlak olanlardan 3-ü yük maşınının, 22-i isə avtobusun sərnişinləridir. Ölənlər arasında uşaqlar və hamilə qadınlar da var.

Daha 5 nəfərin yaralandığı deyilir.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Portalın məlumatına görə, avtobus sərnişinləri okeana səyahətdən qayıdırmışlar. Şəhərdə üç günlük matəm elan edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR