İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol qəzalarında hər gün 2 azərbaycanlı ölür, 4-ü şikəst olur!

554 11.08.2022 09:40 Hadisə A A

“Avto-terror”u necə durduraq?; “Təhlükəsiz yollar, yol hərəkətinin təşkili, təhlükəsiz nəqliyyat vasitələri olmalıdır, sürücülər avtomobili mükəmməl idarə etməlidir”

Azərbaycanda yol qəzalarında ölənlərin statistikası dəhşət saçır. Azərbaycanda 2022-ci ilin yanvar-iyun aylarında yol qəzalarında 336 nəfər ölüb.Qəzalar zamanı 773 nəfər isə xəsarət alıb.

Hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz, yaralananların sayı isə 7,9 faiz artıb.Orta hesabla ölkəmizdə hər gün 2 vətəndaş “avto-terror”da dünyasını dəyişir, 4-5 insan isə şikəst olur! 

Dünyanın hər yerində qəza olur. Nə qədər ki, insan və maşın var, qəzalar da olacaq. Lakin məsələn, Almaniyada, Norveçdə qəzaların çox cüzi hissəsində ölüm halları olur. Əksər qəzalarda heç yaralanan da olmur. 

Bəs bizdə niyə istisnasız olaraq qəzalar ölümlə, şikəst olma ilə nəticələnir? Maşın parkının köhnəliyi, təhlükəsizlik sistemi yox dərəcəsində olan köhnə avtomobillərin çoxluğuna görədirmi? Yoxsa sürət həddinə əməl edilməməsinin nəticələridir? 

Sanki ölkə yollarında müharibə gedir. İnsanlar getdiyi yerdə hansısa səhlənkarlıq ucbatından ölür, əslində qarşıdan gələn maşın vasitəsilə öldürülür. Çıxış yolu yoxdurmu?

İdxal olunan avtomobillərin aksiz dərəcələri (Eldəniz Cəfərov) - ARB 24  (Gündəm) - YouTube

 Eldəniz Cəfərov

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a bildirdi ki,  “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” hazırlanmışdı: “Mükəmməl proqram olmasına baxmayaraq, müddəaların icrası bir çox dövlət qurumları tərəfindən ləngidilir. Proqramda qəzaların sayının azaldılması üçün konkret istiqamətlər qeyd olunub. Bir növ yol xəritəsi hazırlanıb. Bu sahədə konkret işlər görülməlidir. Yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmə mükəmməlləşdirilməlidir, təhlükəsiz yollar, yol hərəkətinin təşkili, təhlükəsiz nəqliyyat vasitələri olmalıdır, sürücülər avtomobili mükəmməl idarə etməlidirlər. Ən önəmlisi qəzasonrası tədbirlərin həyata keçirilməsidir. Ölüm və şikəstolmalar daha çox qəzadan sonrakı tədbirlərin peşəkar səviyyədə həyata keçirilə bilməməsindən qaynaqlanır. İlkin tibbi yardımın vaxtında və düzgün yerinə yetirilməməsi çox zaman ölümə səbəb olur. Avropanın əksər ölkələrində yol qəza hadisələri zamanı xilasetmə, təcili təxirəsalınmaz tibbi yardım tədbirləri mükəmməl həyata keçirilir. Vahid çağrı mərkəzləri yüksək səviyyədə xidmət göstərir. Sürücülərin əksəriyyəti ilkin tibbi yardım göstərməyi bacarır. Əgər eyni yolda dəfələrlə qəza baş verirsə, qəza ocaqları müəyyən edilir və səbəblərin aradan qaldırılması üçün işlər aparılır. Paytaxt Bakıda belə müəyyən küçələr var ki, dəfələrlə qəza baş verib, məsələn, Ziya Bünyadov prospekti. Orada hər gün bir neçə qəza olur. Xüsusi ilə 20 yanvardan enəndə, tuneldə. Hansı qurumlar bununla bağlı tədbirlər görüb? Heç bir addım atılmayıb”.

Ekspert həmçinin, qurumların dövlət proqramından xəbərsiz olduğunu, məsul şəxslərin məsuliyyətsizlik etdiyini qeyd etdi.  

 Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR