İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerli icra qurumlarının tanımadığı 29 yaşlı qəsəbə - nə suları var, nə də yolları - REPORTAJ FOTO VİDEO

1615 12.06.2023 19:39 Gündəm A A

Bura Binənin Bolluq massividir. Küçənin adı olmadığından sakinlər belə adlandırır. Adı Bolluq olsa tam əksinə - nə yolları var, nə də suları… minə yaxın ailənin məskunlaşdığı və 30 ilə yaxındı qurulan bu qəsəbə gözdən könüldən uzaq qalıb. Qəsəbənin problemləri ilə bağlı dəfələrlə aidiyyatı qrumlara müraciətlər edilsə də, heç bir nəticə verməyib. Belə olan halda sakinlər qərara gəliblər ki, yığışıb öz vəsaitləri hesabına su xətti çəksinlər. Lakin qısa müddətdə xətdə gələn su verilişi də dayandırılıb. Nəalac qalan əhali suya olan təlabatını uzun illərdir alternativ yollarla əldə etməyə məcbur qalıb. Onlar məişət və təssərüfat işlərində duzlu quyu suyundan, içməli suyu isə maşınlar vasitəsiylə əldə edirlər. Lakin bu da baha başa gəlir. Sakinlər bildirirlər ki, suya hər ay 200-600 manat pul verirlər, bu isə nə dövlətə xeyir verir, nə də ki qəsəbədə yaşayanlara…

Qəsəbə sakini, I Qarabağ müharibəsi qazisi Elxan Şirinov həyətinidə tor basmış su krantını göstərərək yaşadıqları çətinlikləri əyani bizə göstərir.
Daha sonra Elxan Şirinov həyətində qazdığı su quyusunu göstərir. O, bu quyu suyu ilə ancaq ağacları suladığını bildirir. Suyun duzlu olması bəzən ağacları da qurudur.

Məsələylə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq, A.Cəbrayıllı problemdən xəbərdar olduqlarını və qısa zamanda “Azərsu” ASC tərəfindən qəsəbənin ümumi su probleminin həll ediləcəyini bildirib.

Qəsəbənin digər düzəlməyən problem yoldur. Şikayətçilər deyir ki, qışda keçilməzə çevrilən yol, yayda da toz-torpağı ilə hamını boğur. Ən qorxulusu isə yüksək gərginlikdə olan elektrik xəttinin yolun altından keçməsidir. Bu da qəsəbədə yaşayanlar üçün açıq təhlükə mənbəyidir.

Sakinlər yolun asfaltlanması ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə öz şikayətlərini bildiriblər. Qrumdan gələnlər də baxıb, vəd verib, çıxıb gediblər.

Məsələni aydınlaşdırmaq üçün Xəzər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanovla əlaqə saxladıq. Yerli qrumun nümayəndəsi adın çəkdiyimiz Bolluq massivini tanımadığını bildirdi. Bu azmış kimi, həmin əraziyə baxış keçirilməsi üçün bizdən məkanın göndərilməsini istədi.

Ümid edirik ki, yerli qrumlar Binənin digər qəsəbələrində olduğu kimi, Bolluq massivinin də problemlərini tezliklə aradan qaldıracaq.

Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR