İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yerkrapa” rəhbəri: “Bu halda KTMT-dən çıxmaq barədə düşünməyə dəyər”

1145 27.10.2022 20:00 Region A A

 

Biz KTMT-nin üzvüyük, lakin deyə bilərəm ki, bu təşkilat bizim haqqımızda heç nə etməyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 27-də jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlığı ilə bilinən “Yerkrapa” Könüllülər birliyinin rəhbəri Sasun Mikayelyan deyib.

“Ermənistanın sərhədlərinə hücum olub, lakin onlar normal reaksiya verməyiblər. Əgər onlar özlərinə gəlməsələr, biz KTMT-də qalıb-qalmamağımız barədə düşünə bilərik. Onların geri çəkilməsindənsə, biz irəli getsək yaxşıdır. Mənə elə gəlir ki, onlar asanlıqla geri çəkilməyəcəklər, ona görə də biz yalnız özümüzə arxalanmalıyıq”, - Mikaelyan bildirib.

Saun Mikaelyan Azərbaycanın 20 ildən çox müasir texnika ilə silahlandığına diqqət çəkib. “Bilirsiniz ki, əvvəlki hakimiyyətlər ancaq soyğunçuluq edirdilər, bu gün isə həmin şeytan övliya paltarını geyinib və ölkəni xilas edəcəyini deyir. Əgər siz xilasedici olsaydınız, 20 il ölkə sizin əlinizdə idi, edərdiniz. Mən demirəm ki, bizim hökumətdə heç bir çatışmazlıq yoxdur, amma üç il ərzində belə güclü hərbi texnikaya qarşı nəsə etmək sadəcə olaraq mümkün deyildi”,-deyə keçmiş döyüşçü söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR