İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni rəisi kollektivə Xalid Əhədov təqdim etdi

3207 17.04.2023 16:59 Son xəbər A A

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuş Mürsəl İbrahimov kollektivə təqdim olunub.

Musavat.com xəbər verir ki, M.İbrahimovu kollektivə Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov təqdim edib.

X.Əhədov Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini kollektivə çatdırıb, xidmət rəisinə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Mürsəl Qorxmaz oğlu İbrahimov Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR