İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni QƏRAR insanları soyan taksi şirkətlərini belə VURACAQ - Ekspert DETALLARI açdı

938 12.06.2023 14:42 Gündəm A A

“Qanunvericilikdə taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması qeyd olunmuşdu, sadəcə indiyə kimi bunu təmin etmək mümkün olmayıb. Qiymətlər real şəraitə uyğun hesablanır. Əhalinin cibinə uyğundur deyə yazıq sürücülər nə etməlidirlər?”

Bunu Musavat.com-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. 

elmeddin.jpg (211 KB)

O bildirib ki, xarici şirkətlər Azərbaycan bazarına girərək haqsız rəqabət yaradıblar: “Prosesdən anlayışı olan hər kəs bilir ki, hazırkı qiymətlər real deyil. Nəticədə xarici şirkət yaxşı qazanc əldə edir, əziyyət çəkən isə yüzlərlə sürücüdür. Qiymətdən razı, sürücülərdən narazı cəmiyyət formalaşıb. Bu, bir xidmət sahəsidir, qayda-qanun yaradılması qaçılmazdır. Sürücü daha ucuz xidmət göstərirsə, daha çox sərnişin daşıyır. Daha az gedişlə eyni qazancı əldə etdikdə isə əsəbləri gərgin olmur, başqa neqativ hallar yaşanmır. Taksi sürücülərinin də normal yaşamaq, işləmək, qazanc əldə etmək hüququ var. Qərarlar sürücülərin xeyrinədir”.

Ekspert qeyd edib ki, yeni qərarların tətbiqi ilə xarici operatorlar ziyana düşəcək: “İndiyə kimi xarici şirkətlər vergi ödəmədən, insanları aldadaraq pul qazanmağa öyrəşiblər. Artıq buna son verilib”.

Qeyd edək ki, Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması təklif edilir. Bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR