İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni müharibə təkcə Qarabağla məhdudlaşmayacaq” – Abramyandan SENSASİON İDDİA

3211 12.04.2022 19:11 Region A A

“Avrasiya regionunda Rusiya-Ukrayna böhranının qaçılmaz olaraq yeni təhlükə selinə gətirib çıxaracağı faktı hərbi əməliyyatların lap əvvəlində nəzərə çarpırdı”.

Musavat.com erməni teleqram kanallarına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

Onun sözlərinə görə. Rusiyaya qarşı beynəlxalq qarşıdurma yalnız sanksiyalar, Ukraynaya tədarük edilən külli miqdarda silah və maliyyə dəstəyi ilə məhdudlaşmayacaq.

Abramyanın fikrincə, Rusiya ətrafında, onun ənənəvi təsir dairələrində yeni “qaynar nöqtələr” yaradıla və mövcud olanlar qızışdırıla bilər.

Abramyan müharibənin Cənubi Qafqaza və Rusiya daxilinə sıçrayacağını da iddia edib.

“Bütün bunların fonunda Ermənistan hakimiyyətinin bəyanatları, davranışları və siyasəti nəinki təsvir etdiyim hadisələrin qarşısını almağa imkan yaratmır, həm də yeni eskalasiya üçün münbit zəmin hazırlayır. Onlar heç anlamırlar ki, yeni müharibə təkcə Qarabağla məhdudlaşmayacaq, savaşın bu raundunun Ermənistana keçməsi ehtimalı daha çoxdur”, - deputat bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR