İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən üsyançıları gecə Təl-Əvivə PUA zərbəsi endiriblər

544 19.07.2024 12:05 Dünya A A

Yəmənin üsyançı “Ənsarallah” hərəkatı (Hüseyn Bədrəddin əl-Husinin davamçıları) cümə günü gecə pilotsuz uçuş aparatı vasitəsilə Təl-Əvivə hücum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

“Ənsarallah” nümayəndəsinin teleqram kanalında yayımlanan bəyanatda qeyd edilir ki, Təl-Əvivdə “vacib hədəflərdən birinə zərbə endirməkdən ibarət hərbi əməliyyat” həyata keçiriblər. Üsyançılar şəhərə hücum etmək üçün düşmənin hava hücumundan müdafiə sistemlərindən yan keçə bilən “Yaffa” adlı yeni PUA-dan istifadə ediblər.

Əl-Husi davamçıları qeyd ediblər ki, Təl-Əviv indi təhlükəsiz ərazi olmayacaq və üsyançılar üçün silahlarının əhatə dairəsi daxilində əsas hədəfə çevriləcək.

Bəyanatda deyilir ki, hərəkat İsraildə bir sıra hədəfləri, o cümlədən mühüm hərbi obyektləri müəyyən edib və İsrail silahlı qüvvələrinin Qəzza zolağındakı hərəkətlərinə cavab olaraq onlara zərbələr endirməyə davam edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR