İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaxşı” separatçının abidəsi

1754 24.05.2022 09:40 Yazarlar A A

Sovet vaxtı  Saxarov soyadlı bir axmaq akademik vardı, hidrogen bombasının yaradılmasında iştirak etmişdi, ancaq sonradan guya peşman olub, insan haqları müdafiəçisinə çevrilmişdi. Onun hüquq müdafiəçiliyi də saxta bir hərəkət idi, çünki ermənipərəstliyi ilə tanınırdı, 1988-də Qarabağ erməniləri separatizmə başlayanda Saxarov onların tərəfini tutmuşdu, Azərbaycanın əleyhinə hürürdü, təklif edirdi biz separatçıların “müstəqilliyini” tanıyaq.

Mən niyə onu təhqir edirəm? Çünki sonradan qızışan, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan, yurdları xaraba qoyan, milyonları köçkünə çevirən müharibənin sobasına odun qoyanlardan biri də Saxarov olub. O insanların ölümündə Saxarov də günahkardır, kim nə deyir-desin. Lap cəhənnəmə desin.

Yəni 1980-ci illərin Saxarovunun bugünkü solovyovlar, zaxarovalar, maşkovlar, nə bilim, başqa qaşqaldaq sürüsündən heç bir fərqi yoxdur. Nə olsun, perestroyka tərəfdarı idi, xaricdə də onu bu gün hüquq müdafiəçisi kimi tanıyırlar, adına mükafat təyin ediblər və sairə. Biz də adamıq və azərbaycanlılara qarşı haqsızlıq edən şəxsin beynəlxalq miqyasda liberal, azadlıq tərəfdarı olmasını düşünə bilmərik. İnsan haqları hamıya aid olmalıdır. Və erməni arvadı Yelena-Lusik Bonner-Əlixanyan-Köçəryan-Saxarovanın (pis nağıllardakı küpəgirən qarıya oxşayan o arvad ad və soyad sarıdan əməllicə “yarımışdı”) dalıyca düşüb ermənipərəst olması Saxarovun tərcümeyi-halındakı çirkin ləkələrdən biridir.

Uzun sözün qısası, bu dılğırın Moskvada bir heykəli var idi, Qarabağ erməniləri rus əsgərinin əli ilə onu daşıyıb gətiriblər Xankəndinə. Orada qoyublar, ətrafında qəbilə rəqsləri oynayırlar. Oynasınlar, lap Paşinyanı da açılışa çağırsınlar. Belə rəqsləri çox görmüşük.

Doğrusu, xəbərim yoxdur, erməni faşisti Njde-yə qoyulan heykəllərdən biri də Xankəndində qalırmı, ancaq yoxdursa, rus “sülhməramlı” ordusundan xahiş etsinlər, Saxarovun heykəlinin böyrünə Njde-ni də soxuşdursunlar. Maraqlı kompozisiya alınardı.

Ümumiyyətlə, dünyada ikiüzlü siyasət çoxdur. Putin kimi faşistin nazı ilə uzun illər kim oynayırdı? Elə həmin Avropa “liberalları”. Başda alman Merkel və fransız Makron olmaqla. Hələ italyan Berluskoni də var. Ondan qabaq Şreder. Beş-on avro qabağa düşmək üçün bütün insan haqlarını satırdılar. Nəticədə raşizm - rus faşizmi dirçəldi, həvəsləndi, şirələndi, indi bədbəxt Ukrayna xalqını qırır. Və Putinin, müharibənin guya əleyhinə çıxan rus aktrisası Çulpan Xamatova var, erməni faşisti Njde haqda çəkilən filmdə bu faşistin arvadı rolunu oynayanda heç vecinə deyildi. Sən necə liberalsan ki, faşistin arvadını bəh-bəhlə oynayırsan? Bu nə riyakarlıqdır?

O cümlədən, Nevzorov, Şenderoviç, Latınina kimi guya liberallar var, indi xaricə qaçıb Putinin yeddi arxa dönənini söyürlər. Putin də haqlı olaraq bunlara rişxənd edir. Çünki bunlar Qarabağ ermənilərinin separatizmini dəstəkləyirdilər. Necə olur, sən Ukraynada separatizmi pisləyirsən, Azərbaycanda isə dəstəkləyirsən? Separatizmin yaxşısı, pisi var? Adam öldürməyin, ev dağıtmağın, kəndləri, şəhərləri xaraba qoymağın fərqli nəzər nöqtələri var? Yoxdur. Saxarovun Moskvada sökülən heykəlini Xankəndinə daşıyan ermənilər 1992-ci ildə Şuşada Üzeyirin, Bülbülün, Natəvanın heykəllərini güllələyib Gürcüstanda metal alverçilərinə satmaq istəyən ermənilərdir. Guya Saxarovun xatirəsini yad edənlər Qarabağda türk-azərbaycanlı məzarlıqlarının altını üstünə çevirən, yer üzündən silən həmin şəxslərdir.

Avropada, Ukraynada indi sovet-rus heykəllərinin, Qızıl ordu abidələrinin demontaj olunması prosesi şiddətlənib. Belə də lazımdır. Heç kim ərazisində faşist rejiminin simvollarını saxlamaq istəmir. Biz də bir gün Saxarovun Xankəndindəki heykəlini sökməli olacağıq. Çünki o da bir faşist dəstəkçisi idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR