İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşar Gülərdən yunan nazirlərin təhdidlərinə ironik cavab- VİDEO

446 24.07.2024 19:58 Gündəm A A

Ötən həftə Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyə ordusunu hədəf alan sözlərlə qalmaqallı açıqlamalar verib. Onun açıqlamalarından çox keçmədən bu dəfə Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis qatıldığı televiziya proqramında Türkiyə ilə bağlı gərginlik yaradacaq açıqlamalar səsləndirib. Belə ki, Georgiadis “Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik”, - deyib. Bununla belə, nazir “Türkiyə aviasiyada sıfırdır”, - ifadəsini işlədib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Yaşar Gülər jurnalistlərin bu mövzu barədə ünvanlanan suallarını cavablandırarkən yunan nazirin bu firklərinə ironik cavab verib.

“Türkiyəyə hər il 60 milyon turist gəlir, buyurub gəlsinlər. Gözləyirik” – deyə türkiyəli nazir qeyd edib.

Onu da bildirək ki, Dendias Kipr Sülh Hərəkatının 50-ci ildönümündən bir müddət əvvəl Kiprdə olan türk əsgərlərini “işğalçılar” kimi qiymətləndirmişdi. Türkiyə Milli Müdafiə Nazirliyi bu bəyanatları pisləyib və türk ordusunun Kiprdə sülh və əmin-amanlığı təmin etdiyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan Dendiasın açıqlamalarına reaksiya verib. Ərdoğan Yunanıstanda bəzi populist şəxslərin iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışdığını vurğulayıb. Ərdoğan Yunanıstanın baş naziri Mitsotakis Dendiasın açıqlamalarını dayandırmalı olduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR