İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiada öncəsi bayraqdar ölkəni qarışdırdı: Çılpaq görüntüləri yayıldı - FOTOLAR

636 24.07.2024 19:32 Dünya A A

İyulun 26-da Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Bu möhtəşəm tədbirdə Kipr komandasının bayrağını sabiq rusiyalı idmançı Yelena Kuliçenko daşıyacaq.

Ancaq o, açılış mərasimindən bir neçə gün əvvəl qalmaqal yaşayıb. Yunanıstan mediası Yelenanın çılpaq görüntülərinin dərc edildiyi "OnlyFans" hesabının olduğunu iddia edib. Kuliçenkonun vəkilləri videonun onun yox, süni intellektin məhsulu olduğunu bildiriblər. Eyni zamanda, 21 yaşlı idmançıya hesabını silmək təklif edilsə də, o, bundan imtina edib.

Yelena 2002-ci ilin iyulun 28-də Rusiyada, Odintsovoda anadan olub. Onun bir neçə gün sonra 22 yaşı tamam olacaq.

Kuliçenko uşaq yaşlarından atletikanın hündürlüyə tullanma növü ilə məşğul olmağa başlayıb. Orta məktəbi bitirdikdən sonra Yelena təhsil almaq üçün ABŞ-a köçüb. Atlantadakı Corciya Universitetindən dəvət alıb. Təqaüdlə sosiologiya şöbəsinə daxil olub. Təhsilinə rəğmən karyerasını başa vurmayıb. Orada "Georgia Bulldogs" tələbə atletika komandası üçün yarışmağa başlayıb. O, hələ də ABŞ-da təhsilini davam etdirir.

“Mən hər zaman məşğulam, vaxtımı ayırmalı olduğum bir çox fərqli şey var. Şəxsi həyatım buna görə əziyyət çəkir. Amerikalılar isə darıxdırıcı şəkildə yaşayırlar. "Hey, mən sizin "Snapchat"ınızı ala bilərəm?" - bu, yerli oğlanların klassikidir. Ona görə də onları rədd edirəm”, - deyə Yelena bildirir.

2022-ci ildə Rusiya idmanı diskvalifikasiya edildikdən sonra Yelena idman vətəndaşlığını dəyişməyə qərar verib. Seçimini Kiprdən yana edib.

“Kiprlilər məni qətiyyətlə dəstəkləyirlər, bu mənim üçün vacib və xoşdur. Onların qəzetlərinə müsahibələr vermişəm. Ada adından mənə təşəkkür edir, fəxr edirlər. Mən özümü rus hesab edirəm, bunu inkar etmək axmaqlıqdır və mən Kiprin tərəfdarıyam. Kimin adına danışmaq hər kəsin öz seçimidir. Bu vəziyyətdə şərh vermək çətindir, mən siyasətə qarışmaq istəmirəm", - deyə Yeelna qeyd edib.

Kuliçenko 2023-cü ildə gənclər arasında Avropa çempionatının qalibi olub. Bir neçə gün öncə isə o, Paris Olimpiadasında Kipr komandasının bayraqdarı seçilib. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR